Xəbər lenti

Pərviz Şahbazov İrana səfər etdi
Ölkə18:35 14.03.2024

Pərviz Şahbazov İrana səfər etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İrana səfər edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədi ilə bu gün Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.
Qeyd edək ki, Pərviz Şahbazov bu gün Araz çayı üzərində inşa olunan "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının (SES) tikintisi layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub.