Xəbər lenti

Pərviz Həşimli barəsində həbs qətimkan tədbiri seçildi -YENİLƏNİB
Ölkə11:50 18.09.2013

Pərviz Həşimli barəsində həbs qətimkan tədbiri seçildi -YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri Səbail Rayon Məhkəməsində keçirilən prosesdə seçilib.

***

Dünən həbs edilərək MTN-nin təcridxanasına salınan «Bizim yol» qəzetinin əməkdaşı və «Moderator.az» saytının rəhbəri Pərviz Həşimli bu dəqiqələrdə Səbail rayon məhkəməsinə gətirilib və məhkəmənin onun barəsində həbs qətimkan tədbirinin seçəcəyi gözlənilir.

Məhkəmə ilə bağlı P.Həşimlinin vəkili Elçin Sadıqova məlumat verilməyib.

Qeyd edək ki, bu gün Pərviz Həşimlinin atası Kamran Həşimovla vəkil Elçin Sadıqov arasında müqavilə bağlanıb.

Qaynar.info