Xəbər lenti

Pərviz Həşimli Baş prokurora müraciət etdi
Ölkə06:20 31.05.2019

Pərviz Həşimli Baş prokurora müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gununsesi” xəbər portalının rəhbəri Pərviz Həşimli Baş prokuror Zakir Qaralova müraciət edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, P.Həşimli müraciətində qeyd edib ki, ötən ilin iyul ayında baş verən "Gəncə olayları” zamanı saytda gedən yazılara görə portala giriş ölkə daxilində bloklanıb və özünün ölkədən çıxışına qadağa qoyulub.
Sayt rəhbəri əlavə edib ki, daha çox rəsmi qurumların açıqlamalarını yaysa da, bu yazılarla bağlı başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.
P.Həşimli Baş Prokuror Zakir Qaralovdan xahiş edib ki, saytına qoyulan blokun aradan qaldırılması, ölkədən çıxışına qoyulan "STOP”un götürülməsi barədə tapşırıqlar versin.