Xəbər lenti

Pərviz Həşimlinin apellyasiya şikayəti təmin edilmədi
Ölkə11:56 26.09.2013

Pərviz Həşimlinin apellyasiya şikayəti təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apellyasiya Məhkəməsində “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin barəsində olan məhkəmə qərarından verilən şikayətə baxılıb.
APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, P.Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
 
Səbail Rayon Məhkəməsində P.Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Qaynar.info