
Pərviz Həşimlinin vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, prosesdə üç şahid dindirilib: “Həmin şahidlərin istintaq zamanı verdiyi ifadələrlə indiki ifadələri arasında ziddiyyət yarandı. Onlar məhkəməyə fərqli ifadələr verdilər. Belə müəyyən olundu ki, həmin şahidlər istintaq zamanı məzmununu bilmədikləri ifadələrə qol çəkdirilib. Şahidlər qeyd etdilər ki, onlara MTN-dən zəng vurulub, hal şahidi kimi məhkəməyə çağırılıblar. Bu da onu təsdiq edir ki, həmin şahidlərin MTN-lə əlaqəsi var”.
Növbəti proses aprelin 14-nə təyin olunub.
Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma kimi əməlləri təkrar törətməkdə və qaçaqmalçılıqda günahkar bilir. Hər iki şəxs MTN-in istintaq təcridxanasında