Xəbər lenti

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi layihəsinə start verildi
Ölkə13:39 22.06.2016

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi layihəsinə start verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi layihəsinin təqdimatı olub.

Qaynarinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı-direktoru Fərhad Hacıyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər, tanınmış telejurnalist Anar Yusifoğlu və digərləri iştirak ediblər.

İlk olaraq tədbirdə çıxış edən telejurnalist Anar Yusifoğlu layihənin əsas məqsədi və fəaliyyəti haqqında geniş məlumat verdi.

Daha sonra tanınmış KİV nümayəndələri medianın bu günki problemlərindən bəhs etdi. Bildirildi ki, jurnalist təhsili verən ali məktəblər yalnız nəzəriyyəni öyrədir. Gənc jurnalistlər işdə təcrübəsizlikdən böyük əziyyət çəkir. Bundan başqa bu gün Azərbaycan jurnalistikasının dünya mediası ilə ayaqlaşması üçün jurnalistlərin xarici dil bilmələrinin vacibliyi vurğulanıb.

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi layihəsi çərçivəsində gənc jurnalistlərə nəzəriyyədən əlavə praktiki iş təcrübəsi əldə etmək üçün təlimlər keçiriləcək. Layihə çərçivəsində gənc jurnalistlərə müvafiq qurumların rəsmilərinin, KİV rəhbərlərinin və millət vəkillərinin iştirakı ilə beş günlük seminar təşkil olunacaq. Daha sonra praktiki işlə yaxından tanış olmaq üçün tanınmış media orqanlarının redaksiyalarına gəzinti olacaq.

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az