Xəbər lenti

Peterburqda azərbaycanlı və özbəklər arasında kütləvi dava olub
Ölkə09:24 22.06.2019

Peterburqda azərbaycanlı və özbəklər arasında kütləvi dava olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sankt-Peterburqun Vıborq rayonunda Yuxarı Suzdal gölü yaxınlığında çimərlikdə kütləvi dava baş verib.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, 10-a yaxın insanın iştirakı ilə dava iyunun 20-də saat 22:00 radələrində qeydə alınıb. 
Saat 22:12-də insident yerinə gələn hüquq-mühafiz orqanlarının əməkdaşları 23-33 yaşarası 4 Özbəkistan, 31-34 yaşarası 2 Azərbaycan və 1 Rusiya vətəndaşını saxlayıb. 
Orta Asiyadan olan 2 nəfər yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə tərəflərdən birinin təhqiramiz ifadələr işlətməsinə görə baş verib. 
Bütün şübhəli şəxslər barəsində xuliqanlığa görə protokol tərtib edilərək sərbəst buraxılıblar.