Xəbər lenti

Petrosyan Tovuzda necə yaxalandı? - YENİLƏNİB
Ölkə10:26 07.08.2014

Petrosyan Tovuzda necə yaxalandı? - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov isə AzVision.az-a bildirib ki, saxlanılan erməni mülki vətəndaş olub:

“Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar”,-deyə, T.Hüseynov əlavə edib.

Qeyd edək ki, bu gün Tovuzun Ağbulaq kəndində Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşı saxlanılıb. 1965 ci il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq hüquq-mühafizə orqanların təslim ediblər.

14:22

Bu gün Tovuzda Ermənistan vətəndaşı girov götürülüb. 

Qaynar.info TTV-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfinə keçən Ermənistan vətəndaşının 1965 ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğlu olduğu bildirilir.

Erməni Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tərəfindən saxlanılıb və aidiyyatı qurumlara təslim edilib.