Xəbər lenti

Peykimizin ilk gəliri - 5 milyon dollar
Ölkə05:57 03.06.2013

Peykimizin ilk gəliri - 5 milyon dollar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azərbaycan telekomunikasıya peyki göydədir. Ondan artıq gəlir götürülüb”.
 Modern.az xəbər verir ki, bunu rabitə və informaisya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, Şimali Afrika ölkələrinə peyk vasitəsilə xidmət göstərilir. 
“Artıq 5 milyard dollar gəlir götürülüb. Bu məbləğ isə peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib”.
Nazir həmçinin bildirib ki, 2013-cü ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.
“Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib. Artıq bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək”.
Qaynar.info