Xəbər lenti

“PKK-çıların Qarabağa gəlişi araşdırılır” - Müdafiə Nazirliyi
Ölkə11:12 07.04.2016

“PKK-çıların Qarabağa gəlişi araşdırılır” - Müdafiə Nazirliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Türkiyə mətbuatının yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana kömək üçün 400 döyüşçüsünü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı modern.az-a açıqlama verərək hazırda bu informasiyanın mənbəyinin araşdırıldığını söyləyib:
“Hazırda tərəfimizdən bu informasiyaların mənbəyi ilə bağlı araşdırmalar aparılır. Məsələ tam araşdırılıb müəyyən edildikdən sonra nazirlik olaraq mövqeyimizi açıqlayacağıq”.
Xatırladaq ki, məlumatda Kandil və Kamışlıdan gələn terrorçuların Ağrı dağından Ermənistana keçdiyi, daha sonra Göyçə gölü istiqamətindən Qarabağın qaynar nöqtələrə getdiyi qeyd olunub. Nəşr PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndiklərini yazıb.
Qaynar.info