
İstanbulun mərkəzi meydanı olan Taksimdə bu gün həyata keçirilən terror aktından sonra twitter sosial şəbəkəsində bir kürd tərəfdarının bu şəbəkədə paylaşdıqları insanları qorxuya salıb.
Musavat.com-un verdiyi məlumata görə, özünü Ərbil kökənli kürd kimi təqdim edən PKK tərəfdarı qız, İstanbulda bu gün törədilən terakta haqq qazandırıb.
Lakin diqqəti çəkən ən maraqlı paylaşım isə, onun “Bende kendimi Baküde partlatmak istiyorum” yazması olub.
Bundan əlavə PKK tərəfdarı 16 martda Bakıda olduğu ilə bağlı tvitlər də paylaşıb.
Aşağıdakı linkdə həmin profilə daxil olub, baxa bilərsiniz.
* * *
Rojin Daye adlı bu qız az sonra hər kəsdən üzr istəyib: "Bütün türk, kürd, azəri xalqından üzr istəyirəm. Sizə verdiyim rahatsızlığa görə çox peşmanam, əfv edin məni. Söylədiklərimdən utanıram. Əfv edin, böyüklük sizdə qalsın".

https://twitter.com/rojin_evin






Qaynar.info






