Xəbər lenti

Planşeti yedi və öldü
Ölkə14:00 08.06.2015

Planşeti yedi və öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada planşetini yeməyə cəhd edən şəxs ölüb.

Anspress-in məlumatına görə, hadisə Sankt-Peterburqda baş verib. Polisə məlumat verilib ki, naməlum şəxs mənzilin eyvanından aşağı əşyalar tullayıb. Həmin şəxs polisin müraciətinə məhəl qoymayıb və müqavimət göstərməyə başlayıb. 

Ruhi xəstə olduğu ehtimal edilən adam polis tərəfindən saxlanılıb. Bundan sonra o planşetin sınmış şüşəsini və qurğunun plastik hissələrini yeməyə qərar verib.

Qeyri-adi hərəkətlərlə insanları çaş-baş salan şəxs polisin müdaxiləsinə baxmayaraq planşetin şüşələrinin hamısını yeyib. 

Polis əməkdaşı təcili yardım çağırsa da, planşetin hissələrini yemiş kişini xilas etmək mümkün olmayıb. Özündən gedən kişi həkimlər gəlməmiş hadisə yerində ölüb.

Qaynar.info