Xəbər lenti

Polis 4 rayonda əməliyyat keçirdi
Ölkə09:25 22.02.2021

Polis 4 rayonda əməliyyat keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rayon Polis Şöbələri tərəfindən keçirilən əməliyyatlarda qanunsuz silahlar aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən Qırmızıkənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün kənd sakinləri B.Sailov və X.Quliyev saxlanılıblar. Araşdırma ilə Onlarda "İJ” markalı ov tüfənglərinin  olduğu müəyyən edilib.
Bundan başqa, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini K.Alıyevdən "TOZ-16” markalı, İsmayıllının Qalınçaq kənd sakini C.Əhmədovdan "İJ-16” markalı, Şəmkir rayonu Əliyaqublu kənd sakini S.Abbasovdan isə müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngləri müəyyən edilərək götürülüb.