Xəbər lenti

Polis Bakıda avtomatla gəzən keçmiş məhkumu tutdu
Ölkə12:00 04.05.2015

Polis Bakıda avtomatla gəzən keçmiş məhkumu tutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtomatla gəzən Siyəzən rayon sakini saxlanılıb. "Report"un məlumatına görə, əməliyyatı Nizami Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları həyata keçiriblər.
Keçirilən əməliyyat zamanı 1992-ci il təvəllüdlü Oruc Ələddin oğlu İsayev saxlanılaraq istintaqa təqdim olunub. Polis əməkdaşları ondan 1 ədəd istifadəyə yararlı "Kalaşnikov" tipli avtomat və 43 ədəd güllə aşkar edərək götürüblər. Faktla bağlı O.İsayev barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq O.İsayevin avtomatı hansı üsulla və nə məqsədlə əldə etdiyini araşdırır.
Qeyd edək ki, O.İsayev əvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunub.
Qaynar.info