Xəbər lenti

Polis Bakıda əməliyyat keçirdi - narkotacirlər saxlanıldı
Ölkə05:45 21.08.2020

Polis Bakıda əməliyyat keçirdi - narkotacirlər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda həyətində narkotik becərən şəxs yaxalanıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Daxil olan məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Maştağa qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı qəsəbə sakiniİmaməli Ağayevin həyətində çəkisi 92,30 qram olan çətənə kolu və 37,188 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.