Xəbər lenti

Polis “Elmlər Akademiyası” metrosunu əhatəyə aldı
Ölkə09:10 12.03.2014

Polis “Elmlər Akademiyası” metrosunu əhatəyə aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Metroda dükanları söküləcək şəxslər Elmlər Akademiyası Stansiyasında növbəti aksiya keçirməyə başlayıblar. 

Bu barədə “Axar.az”a aksiya iştirakçıları məlumat verib.

Aksiyaya Bakının bütün metro stansiyalarında dükanları olan şəxslərin toplaşdığı deyilir. Hazırda Elmlər Akademiyası metro stansiyası daxilində və xaricində polislərin toplaşdığı bildirilir. Onların hətta metro vaqonlarında da göründüyü qeyd edilir.

Polislərin Elmlər Akademiyası metro stansiyası yaxınlığında toplaşan şəxsləri aksiya təhlükəsi ilə əlaqədar dağıtmağa çalışdığı da söylənilir.

Qaynar.info