Xəbər lenti

Polis əməkdaşı ehtiyatsızlıq etdi, güllə yarası aldı
Ölkə06:09 11.11.2021

Polis əməkdaşı ehtiyatsızlıq etdi, güllə yarası aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir rayonu ərazisində polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Qaynarinfo xəbər verir ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb.
Nəticədə atəş açılıb və S.Əliyev hadisə zamanı xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.