Xəbər lenti

Polis əməkdaşı Milli Məclisin yanında ağır qəzaya düşdü (VİDEO)
Ölkə10:21 01.09.2021

Polis əməkdaşı Milli Məclisin yanında ağır qəzaya düşdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir az öncə paytaxtın Parlament prospektində (Milli Məclisin yaxınlığında) ağır yol nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo Avtosfer.az-a istinadla xəbər verir ki, 10-UD-745 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman geriyə hərəkət edən 90-RH-209 qeydiyyat nişanlı "Mazda" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib, xəsarət alan yoxdur.
"BMW" markalı avtomobili idarə edən sürücü Mühafizə polisi əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.
<iframe width="100%" height="480" src="https://player.bax.tv/embed/142648.html" frameborder="0" webkitallowfullscreen="" mozallowfullscreen="" allowfullscreen="">