Xəbər lenti

Polis əməkdaşı qəza törətdi - İki nəfər yaralandı
Ölkə05:04 21.05.2016

Polis əməkdaşı qəza törətdi - İki nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Sabunçu rayonu ərazisində, Şəhər şosesində qeydə alınıb.

Şosenin Zabrat qəsəbəsi istiqamətində olan hissəsində “Opel” markalı 10 TZ 942 dövlət nömrə nişanlı minik maşını və NİVA markalı 99 FN 095 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Qəza nəticəsində NİVA-nın sürücüsü Əliyev Cəlal Camal oğlu və “Opel”in qadın sərnişini xəsarət alıblar.

Cəlal Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşıdır. O, əvvəlcə 3 saylı Şəhər Klinik Xəstəxanasına, oradan isə Daxili İşlər Nazilriyinin hospitalına aparılıb. Yaralı sərnişin isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun anasının həmin xəstəxanada həkim işlədiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Qaynarinfo.az