Xəbər lenti

Polis əməkdaşı qəza törətdi və xəstəxanaya düşdü
Ölkə08:48 12.05.2016

Polis əməkdaşı qəza törətdi və xəstəxanaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Nəsimi Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, hadisə Ceyhun Hacıbəyli küçəsi 45 ünvanının qarşısında qeydə alınıb. RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1991-ci il təvəllüdlü Əli Adıgözəl oğlu Heydərov idarə etdiyi “VAZ-21154” markalı, 90 RB 215 dövlət nömrə nişanlı avtomobili maneəyə çırpıb.

Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(virtualaz.org)

Qaynarinfo.az