Xəbər lenti

Polis əməkdaşı qəzada öldü
Ölkə21:11 29.10.2014

Polis əməkdaşı qəzada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Samuxda avtomobil aşıb. Hadisə dünən axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində qeydə alınıb. 
Qaynar.info "Kəpəz TV"yə istinadən xəbər verir ki, Samux rayon sakini, 24 yaşlı Rza Həmzəyev idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırıb.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan Rza Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimi Şahin Quliyevin sözlərinə görə, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rza Həmzəyev Samux rayon Polis Şöbəsinin Post Patrul xidmətinin əməkdaşıdır. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
Qaynar.info