Xəbər lenti

Polis əməkdaşı yol qəzasında öldü (FOTO)
Ölkə06:47 14.10.2021

Polis əməkdaşı yol qəzasında öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü - 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.