Xəbər lenti

Polis əməkdaşları cəbhəyanı bölgələrdə 24 saat xidmət aparır (VİDEO)
Ölkə09:26 06.10.2020

Polis əməkdaşları cəbhəyanı bölgələrdə 24 saat xidmət aparır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhəyanı bölgələrdə polis əməkdaşları xidmət başındadır.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub. 
Bildirilib ki, artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir. Bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı bölgələrdə də postlar qurulub.
Cəbhəyanı bölgələrdə polis əməkdaşları günün 24 saatı ictimai-asayişi təmin etmək üçün  xidmətlərini yorulmadan davam etdirirlər.
<iframe src="https://player.baku.tv/embed/25612" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">