Sabunçu rayonunda polis əməkdaşlarının üzərindəki geyim formasını yararsız vəziyyətə salan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 29 iyul, saat 03:30 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Aydınbəyov küçəsi ərazisində xidmət aparan zaman polis əməkdaşları 1975-ci il tarixdə Özbəkistanın Çizak vilayətində anadan olmuş Əbülf Telmanov (şərti) saxlanılıb. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və ərazidən qaçıb.
Lakin polis axtarış apararaq, onu yaxalanıb. Vətəndaş saxlanılan zaman polis əməkdaşlarının üzərindəki geyim formasını yararsız vəziyyətə salıb. Bu səbəbdən də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə saxlanılan şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Əhməd