Xəbər lenti

Polis Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbərinin evinə basqın etdi
Ölkə11:30 14.11.2020

Polis Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbərinin evinə basqın etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda hüquq-mühafizə orqanının əməkdaşları ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın evinə giriblər.
Qaynarinfo Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müxalif Vətən Partiyasının nümayəndəsi Sos Akopyan "Facebook" səhifəsində məlumat yayıb. Artur Vanetsyanın valideynlərinin də yaşadığı bu evə basqının səbəbi araşdırma aparılması ilə əlaqələndirilib.
Qeyd edək ki, hazırda həbsdə olan keçmiş xüsusi xidmət orqanı rəhbəri Vətən Partiyasının sədri kimi siyasi fəaliyyət göstərirdi.