Xəbər lenti

Polis idarəsinin işçisi sevgilisini öldürdü
Ölkə06:23 11.05.2013

Polis idarəsinin işçisi sevgilisini öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda polis idarəsinin işçisi sevgilisini boğaraq öldürüb. 

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsində kuryer işləyən 1990-cı il təvəllüdlü Şamil Qəhrəman oğlu Bədəlov sevgilisi, 1980-ci il təvəllüdlü iki uşaq anası Yeganə Fəxrəddin qızı Məmmədovanı boğaraq qətlə yetirib. Hadisəni törədən Ş. Bədəlov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info