
Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 09.10 radələrində Saatlı rayonu ərazisində İmişli rayon sakini Səmit Vəliyev idarə etdiyi “Hovo-Sinotruk” markalı avtomaşını aşırıb.
Nəticədə S.Vəliyevin xəsarət almış sərnişini, Saatlı RPŞ-nin əməkdaşı, polis mayoru Bakir Məmmədov xəstəxanaya yerləşdirilib. Saatlı RPŞ tərəfindən araşdırma aparılır.
Qaynar.info