Xəbər lenti

Polis mayoru qəzaya düşdü: yaralı var
Ölkə06:34 02.03.2016

Polis mayoru qəzaya düşdü: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda polis mayoru yolun əks istiqamətinə çıxaraq qəza törədib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində bir neçə gün öncə baş verib.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili olan mayor Seymur Qarayev xidmətdə olarkən idarə etdiyi “Chevrolet Niva” markalı 10 AP 738 nömrəli avtomobillər yolun əks istiqamətində hərəkət edən Bakı sakini 1995-ci il təvəllüdlü İlkin Məmmədovun idarə etdiyi “Moped”lə toqquşub.
Qəza nəticəsində xəsarət alan İ.Məmmədov Travmotogiya İnstitutuna yerləşdirilib.
Araşdırma aparılır.
Qaynar.info