Xəbər lenti

Polis metro ticarətçilərini qovub dağıtdı - FOTO
Ölkə09:47 12.03.2014

Polis metro ticarətçilərini qovub dağıtdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün metro tunellərinin giriş-çıxışında ticarətlə məşğul şəxslər yenidən aksiya keçirməyə cəhd göstəriblər.

"Yeni Müsavat"ın əməkdaşı Emil Salamoğlunun verdiyi xəbərə görə, "Elmlər Akademiyası" metrostansiyasının ətrafından toplaşmağa çalışan etirazçılar polis qüvvələri tərəfində uzaqlaşdırılıb. Polislərə Yasamal rayon Polis İdarəsinin rəisi rəhbərlik edib.

Xəbərə görə, etiraz edən ticarəçilərin Metropoliten rəhbərliyi ilə görüşdə olan nümayəndələrinə bildirilib ki, martın 27-nə qədər onların obyektlərinə toxunulmayacaq, ancaq ondan sonra obyektlərin tam əksəriyyəti söküləcək, yalnız suvenir satan köşklər saxlanılacaq.

Ticarətçilər isə bildiriblər ki, günahın hamısı Tağı Əhmədovun "Qara Qarayev" stansiyasında rəis müavini işləyən qohumu Şövqidədir, məhz o, ticarətçilərdən külli miqdarda pul yığıb, indi də ortalıqda görünmür.

Xatırladaq ki, metro stansiyalarında ticarətin ləğv olunmasıyla bağlı Metropoliten İdarəsi ilə ticarətçilər arasında konflikt yaşanır. 

Qaynar.info