Xəbər lenti

Polis niyə intihar edib?
Ölkə06:03 05.04.2013

Polis niyə intihar edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu hadisə ilə bağlı hamımız şokdayıq. Onun heç bir xəstəliyi yox idi, tam sağlam adam idi. Hazırda hadisənin nə səbəbdən baş verdiyi araşdırılır”. Bunu ANS PRESS-ə açıqlamasında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı ötən gün intihar edən iş yoldaşları serjant Zöhrab Cavadov barəsində deyiblər.

Polis şöbəsindən verilən məlumata görə, subay olan 26 yaşlı Z.Cavadov iş yoldaşları arasında zarafatcıl, gülərüz, yaxşı yoldaş kimi tanınırdı.

Ağdaş rayon polis şöbəsindən verilən məlumata görə, serjantın 26 yaşı olub. 6 ildir polis orqanlarında çalışan Z. Cavadovun hansı səbəbdən özünü güllələməsi hələ məlum deyil.

Xatırladaq ki, hadisə saat 18:00 radələrində Ağdaşın Kotanarxı kəndində yaşadığı evin yaxınlığında baş verib.

Qaynar.info