Xəbər lenti

Polis polkovnik-leytenantı qəfildən vəfat etdi (FOTO)
Ölkə16:10 03.01.2022

Polis polkovnik-leytenantı qəfildən vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.
Hadisə bu gün səhər baş verib.
Məlumatda bildirilir ki, 45 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dekabrın 27-də Nizami Rayon Polis İdarəsinin daha bir əməkdaşı qəfildən vəfat edib. (bakupost.az)