Xəbər lenti

Polis “Qanun“da axtarışı başa vurdu - YENİLƏNİB
Ölkə14:26 12.06.2016

Polis “Qanun“da axtarışı başa vurdu - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu dəqiqələrdə polisin "Qanun" nəşriyyatında yoxlamaya başladığı bildirilir.
Polisin jurnalistləri içəri buraxmadığı deyilir. 
Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, içəri yalnız nəşriyyatın direktoru Şahbaz Xuduoğlu və bir neçə əməkdaş buraxıb.(aznews.az)
*  *  * 
“Qanun” nəşriyyatında axtarış davam edir. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, axtarışda polislə yanaşı prokurorluğun əməkdaşları da iştirak edir. 
Bu dəqiqələrdə nəşriyyatın direktoru Şahbaz Xuduoğlunun otağının yoxlandığı bildirilir.
*  *  *
Polis əməkdaşları hazırda mətbəədə axtarış aparır. Aznews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, sabiq millət vəkili Sabir Rüstəmxanlı da nəşriyyata gəlib. Polislər S.Rüstəmxanlının da içəri girməsinə icazə verib.
*  *  *
Bakı şəhər Baş Polis İdarəsinin Qanun nəşriyyatında apardığı yoxlama yekunlaşıb. Bu barədə nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu jurnalistlərə məlumat verib. O, bildirib ki, polislər nəşriyyatda heç bir bomba aşkar etməyib. 
Qaynarinfo.az