Xəbər lenti

Polis qaydanı niyə pozur?
Ölkə05:30 05.01.2017

Polis qaydanı niyə pozur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 2-də, saat 19:50 radələrində çəkilən bu görüntülərdə 99-YP-351 nömrə nişanlı DYP avtomobilinin kobud qayda pozuntuları etdiyi iddia olunur.
Qaynarinfo.Az avtosfer.az-a istinadən xəbər verir ki, 99 YP 351 saylı yol patrul xidməti maşını Yusif Vəzir Çəmənzəminli küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən - prospektin Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər sayrışan işıqları yandırmadan qoşa xətti keçərək əks yolla hərəkət edib. Yol boyu qarşıdan gələn nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradan YP-351 işıqforla nizamlanan yolayrıcında, Azadlıq prospektindən Həsən Əliyev küçəsinə sola dönən sürücülərin də hərəkətinə mane olub. Belə ki, yol polisi maşını düzünə hərəkət edib və kəskin manevr edərək, "Edelveys" gül dükanının qarşısında saxlayaraq, dükana düşüb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə həmin DYP avtomobilini idarə edən sürücüyə 4 bal, 100 manat cərimə düşür.
Qaynarinfo.Az