Xəbər lenti

Polis qazi Ruslan Muradovun döyülməsi faktını araşdırır
Ölkə09:28 22.08.2021

Polis qazi Ruslan Muradovun döyülməsi faktını araşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini, qazi Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb. Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib.
Hazırda həmin müraciət əsasında araşdırma aparılır.