Xəbər lenti

Polis qəza törətdi, yaralanan var - Bakıda
Ölkə13:47 01.06.2015

Polis qəza törətdi, yaralanan var - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda polis əməkdaşı qəza törədib. Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Tbilisi prospektində qeydə alınıb. 
Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı, 1979-cu il təvəllüdlü Ağatahir Zakir oğlu Cavadovun idarə etdiyi “Volkswagen” markalı, 90 LH 270 dövlət nömrə nişanlı avtomobil 1966-cı il təvəllüdlü Bəbir Quliyevin idarə etdiyi “Hyundai” markalı, 90 TE 803 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə B. Quliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 
Qaynar.info