Xəbər lenti

Polis "Elmlər Akademiyası"nı mühasirəyə aldı - FOTOLAR
Ölkə07:34 14.03.2014

Polis "Elmlər Akademiyası"nı mühasirəyə aldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Elmlər Akademiyası" metrstansiyasının ətrafı polislər tərəfindən əhatəyə alınıb. Bu barədə musavat.com-un sözügedən məkanda olan əməkdaşı xəbər verib.

Polislərin buraya səfərbər olunmasının səbəbi obyektləri bağlanan metro ticarətçilərinin Meropoliten İdarəsinin binası qarşısında planlaşdırdıqları aksiya ilə bağlıdır. Dünəndən bəri etiraza qalxan ticarətçilərin bu və ya digər məkanlarda aksiya keçirəcəkləri barədə söz-söhbətlər dolaşır və polis qüvvələri ehtimal olunan aksiya məkanlarının hamısını nəzarətdə saxlayır.

Reportyorumuz bildirir ki, aksiyada saxlanası şəxsləri polis bölmələrinə daşımaq üçün avtobuslar da gətirilib. Ancaq hələ ki, aksiya iştirakçıları görünmür. Müxbirimizin verdyi xəbərə görə, etiraz edən ticarətçilər Prezident Administrasiyasına gediblər və hazırda onları nümayəndələri səlahiyyətli şəxslərdən biri ilə görüşdədirlər.

Qaynar.info