
13:22
"Oda" teatrının fəaliyyət göstərdiyi "Zirzəmi" məkanını bu gün polislər bağlayıb.
Hadisə yerində olan şahidlərin Qaynar.info-ya verdiyi məlumata görə, polislər ətrafda yaşayan insanların şikayəti əsasında məkanı bağladıqlarını bildiriblər.İlqar Cahangir siyasi mövqeyinə görə bu il Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılmışdı. Bir müddət işsiz qalan aktyor istedadlı gəncləri başına toplayaraq şəxsi tetar studiyası yaratmışdı.
13:51
Elmin Bədəlovun Qaynar.info-ya verdiyi açıqlamaya görə, polislər onları Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinin 14-cü məntəqəsinə aparıblar.
Orada polis onlara ətrafda yaşayan sakinlərin səs-küydən şikayət etdiklərini bildirib.
İzahat alındıqdan sonra aktyorlar səsrbəst buraxılsa da, məkanın açarları geri qaytarılmayıb. Məkanın qeyri-müəyyən müddətə qədər bağlı qalacağı bildirilib.
Teatrın bu günə planlaşdırılan "İtən vaxt" tamaşası da təxirə salınıb.
Qaynar.info

