Xəbər lenti

Polis "Qanun"da axtarışa başladı: Şahbaz Xuduoğlu xəbərdarlıq etdi
Ölkə16:38 11.06.2016

Polis "Qanun"da axtarışa başladı: Şahbaz Xuduoğlu xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı şəhər Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı "Qanun" Nəşriyyatının binasına soxulublar. Deyirlər ki, burada bomba var".
Arqument.Az xəbər verir ki, bunu Qanun Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu feysbuk səhifəsində yazıb. 
Ş.Xuduoğlu bildirib ki, nəşriyyatda hər hansı silah-sursat aşkarlanarsa, bunun məsuliyyəti polis daşıyır: "Əgər nəşriyyatdan silah və qanundankənar nəsə tapılarsa, bilin ki, bu, Bakı şəhər Polis İdarəsinin üzərindədir".
Şahbaz Xuduoğlu Arqument.Az-a bildirib ki, artıq nəşriyyata ikinci polis dəstəsi də gəlib: "Dedilər ki, kimsə "102"yə zəng edib burada bomba olduğunu xəbər verib. Nəşriyyata 20 nəfərdən çox polis əməkdaşı gəlib. İş günü olmadığı üçün mən kənardayam. Nə baş verdiyini də tam aydınlaşdıra bilməmişəm. Amma bu hadisədən narahatam və tam aydınlaşdırandan sonra əlavə məlumatlar verəcəm".
Qaynarinfo.az