
00-25
Hadisə ilə bağlı Ucar rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən Arqument.Az-a bildiridilər ki, rayonda belə bir hadisə baş verməyib: "Belə bir hadisə olmayıb. Yaxşı olar ki, sabah mətbuat xidməti ilə əlaqə saxlayasınız".
Bir qrup Ucar sakini rayon Polis İdarəsinin qarşısında aksiya keçirib.
Arqument.Az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov "Facebook" hesabında məlumat yayıb.
O bildirib ki, aksiyaya səbəb Ucar rayon Polis İdarəsinin rəisi Tahir Quliyevin qohumu, Narkotik Ticarətinə qarşı Mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun sakinləri təhqir etməsi olub: "Aksiyadan sonra Eldəniz Quliyev vəzifəsindən azad edilib, 15 nəfər aksiya iştirakçısı həbs edilib".
Qaynar.info