Xəbər lenti

Polis rəisini bıçaqlayanın məhkəməsi başladı
Ölkə06:07 23.06.2016

Polis rəisini bıçaqlayanın məhkəməsi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apellyasiya Məhkəməsində polis bölməsinin rəisini bıçaqlamaqda və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.

 APA-nın məlumatına görə, ilkin baxış iclasında onların anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 29-na təyin edilib.

Onlar şikayətlərində cəzalarının azaldılmasını istəyiblər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Qəhrəmanov 9 il, Ceyhun Niftəliyev 6 il 6 ay, Anar Əliyev və Nurlan Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevə qarşı xuliqanlıq cinayəti törətməkdə və onu bıçaqlamaqda ittiham olunublar.

Qaynarinfo.az