
Ötən gecə Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynar.info-nun verdiyi xəbərə görə, Lənkəranın Liman şəhərinin polis rəisi Həsənov İlqara məxsus xidməti maşın qəzaya düşüb. Nəticədə biri polis olmaqla 3 nəfər ağır yaralanıb. Xəsarət alanlardan ikisi həlak olub. Həlak olanların mülki vətəndaş olduğu bildirilir və bu gün torpağa tapşırılıblar.
Polis rəisinin avtomobilini Ceyhun Əsgərov adlı polis idarə edib. Onun da durumunun ağır olduğu bildirilir.
Şahidlərin Qaynar.info-ya verdiyi xəbərə görə, polislər kef məclisindən qayıdırmış və qəza sürət həddini aşmaya görə baş verib.
Məsələ ilə əlaqədar Lənkəran Rayon Polis İdarəsinə zəng etsək də, olayla bağlı açıqlama vermək istəmədilər.
Qaynar.info