Xəbər lenti

Polis rəisinin oğlunun qəza törətməsi xəbəri təsdiqlənmədi - YENİLƏNİB
Ölkə15:05 28.11.2016

Polis rəisinin oğlunun qəza törətməsi xəbəri təsdiqlənmədi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb. Hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, prospketlə hərəkət edən "Galendewagen" markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı maşına çırpılıb. Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir.

Məlumata görə, qəzanı törədən "Galendewagen" markalı maşın polis rəisinin oğluna məxsus olub. Nömrə nişanı 777 olan avtomobilin Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsus olduğu bildirilir.

Qəzaya səbəb sürət həddin aşılması və ara məsəfəsinin qorunmaması olub. (missiya.az)

*** 

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevin qəza törətməsi barədə xəbərlər təsdiqini tapmayıb. Bu barədə Qaynarinfo.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, Cəmşid Hənifəyev yaşca gəncdir və onun avtomobil idarə edib qəza törədəcək yaşda övaladı yoxdur.

Qaynarinfo.Az