Xəbər lenti

Polis rəisinin qardaşı yol qəzasında öldü
Ölkə08:15 17.01.2015

Polis rəisinin qardaşı yol qəzasında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, “VAZ-2107” markalı maşınla TIR toqquşub. Hadisədən sonra zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Avtomobildəki Muradəli Rəhmanov isə hadisə yerində dünyasını dəyişib.

Hazırda Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsinin müstəntiqi Cəsarət Bayramov ərazidə müayinə aparır. 

Qeyd edək ki, dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Nəsirovun qardaşıdır.

Qaynar.info