Xəbər lenti

Polis şöbəsində müəmmalı faciə
Ölkə12:46 11.04.2013

Polis şöbəsində müəmmalı faciə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 10–da Lənkəran rayon Vedili kənd sakini 42 yaşlı Babayev Cəmil Lənkəran rayon polis idarəsinə aparılıb. Bu gün isə yaxınlarına məlumat verilib ki, “Cəmil özünü polis idarəsinin 4-cü mərtəbsindən atıb”. Əvvəlcə onu rayondakı Diaqnostika Mərkəzinə, sonra isə Onkoloji Mərkəzə aparıblar.

Bu barədə “Azadlıq” qəzetinə məlumat verən yaxınları bildiriblər ki, C.Babayevin vəziyyəti kritikdir, çox az müddətə ömrü qalıb. Onlar C.Babayevin polisə niyə aparıldığını, özünü 4-cü mərtəbədən niyə atdığını bilmirlər. “Bütün baş verənlərə aydınlıq gətirmədən, işi bağlamaq istəyirlər. Biz Cəmilin özünü atmağına inanmırıq”, - deyə yaxınları əməkdaşımıza bildirib.

Qaynar.info