Xəbər lenti

Polis Şöbəsinin rəisi qəzaya düşdü - Azərbaycanda
Ölkə11:41 27.05.2016

Polis Şöbəsinin rəisi qəzaya düşdü - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb. 

"Report"un Aran bürosunun müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayon Mirzəhüseynli kəndinin ərazisindən keçən hissəsində baş verib. Ağdaş rayonundan Göyçay  rayonu istiqamətində hərəkət edət edən HUNDAİ İX 35 markalı 90-AP-579 dövlət qeydiyyat nişanlı minik maşınının idarə edən Etibar Abduyev idarə etməni itirərək yoldan çıxaraq aşıb. Hadisə zamanı Etibar Abduyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə dərhal Göyçay  Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra Bakıdakı xəstəxanaların birinə göndərilib. Hadisəyə səbəb isə magistral yolda maşının önünə iri buynuzlu malın-qaranın çıxması olub.

Qeyd edək ki, Etibar Abduyev Ucar Rayon Polis Şöbəsinin rəisidir. Qəza zamanı Ucar rayonuna işə gedirmiş və həmin anda avtomaşını özü idarə edirmiş. 

Xatırladaq ki, E.Abduyev Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 14 may 2016-cı ildə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-ə rəis təyin edilib.

Faktla bağlı araşdırma aparılır. 

Qaynarinfo.az