Xəbər lenti

Polis Sumqayıtda əməliyyat keçirdi: Saxlanılanlar var (FOTO)
Ölkə13:15 04.02.2024

Polis Sumqayıtda əməliyyat keçirdi: Saxlanılanlar var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb.
Ondan bir ədəd "Kalaşnikov” markalı avtomat silah, bir ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.
Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.