Xəbər lenti

Polis Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsinə müdaxilə etdi
Ölkə10:51 08.01.2014

Polis Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsinə müdaxilə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Şəki rayon Məhkəməsində İsmayıllıda iğtişaşların törədilməsində şübhəli bilinən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və “REAL” təşkilatının sədri İlqar Məmmədovun məhkəmə prosesi keçirilir.

Modern.az xəbər verir ki, prosesdə “İsmayıllı Elşən” ifadə verib. Daha sonra hakim “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzini zaldan çıxarıb. O, qərarını onunla əsaslandırıb ki, jurnalist prosesi pozur. Bu üzdən məhkəmədə qısa fasilə yaranıb. Daha sonra məhkəmə dinləmələri bərpa olunub.

Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də məhkəmə binasına yaxınlaşmaqda müəyyən əngəllələr yaradılıb. Məhkəməyə gələnlərin binaya yaxınlaşmaması üçün polis əməkdaşları yolu bağlayıb. Səhər saatlarında başlanan məhkəmə prosesi nahar fasiləsindən sonra davam edib. Xatırladaq ki, müttəhimlər ötən ilin yanvarında İsmayıllıda yanğınla müşayiət olunan iğtişaşın törədilməsində təqsirləndirilirlər.

Qaynar.info