Xəbər lenti

Polisdən gizli qumarxanaya reaksiya
Ölkə14:49 09.06.2015

Polisdən gizli qumarxanaya reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtda aşkarlanan qumarxana ilə bağlı Binəqədi polisi araşdırmaya başlayıb. Bu barədə Axar.az-a Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsindən məlumat veriblər.
Bölmədən qeyd edilib ki, gizli kazino ilə bağlı onlara məlumat daxil olub və araşdırma başlanılıb.
Qeyd edək ki, Bakının Binəqədi rayonunda loto oyunu aparılan məntəqədən gizli çəkiliş edilib. 7-ci mikrorayon, 1260-cı keçid, 69 a ünvanında “VİP CLUB”da yerləşən gizli kazinonun video görüntüləri Yutub şəbəkəsində yayılıb. Məlumata görə, obyektin sahibi əvvəllər məhkum olunmuş Vüsal Rzayev adlı şəxsdir.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, qumar oyunları qadağandır.
Qaynar.info