
Sərxoş halda saxlanılaraq avtomobili cərimə meydançasına qoyulan sürücü, duracağa daxil olaraq avtomobillərə od vurub.
Hadisə ötən gecə Abşeron rayonu ərazisində şimal bölgəsindən gələn rayon qeydiyyatlı avtomobillərin saxlanılması üçün nəzərdə tutulan Baş Dövlət Yol Polisinin Siqnal İdarəsinin 15 saylı cərimə meydançasında baş verib.
Qaynarinfo.az xezerxeber.com-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyevin sözlərinə görə, faktla bağlı Abşeron rayon polis idarəsində araşdırma aparılır. Duracaqda ziyan dəymiş digər 3 avtomobilin sürücülərinə ödəniş edilməsi üçün isə məhkəməyə müraciət ediləcək.
İdarəsi rəsmisinin sözlərinə görə, təsadüfən baş verən yanğın zamanı dəymiş ziyan Baş Dövlət Yol Polis idarəsi tərəfindən ödənilsə də, bu yanğın qəsdən törədildiyindən ödənişi də məhz ziyan vuran şəxs etməlidir.
Qaynarinfo.az