Bakıda velosipedlə yolda hərəkət edən şəxs avtomobillərə maneçilik törətdiyinə, qəza şəraiti yaratdığına görə saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Şəmkir rayonu, Muxtariyyat kəndində anadan olan Zabil (şərti) Bakının Nizami rayonunda velosipedlə yolda gedərkən avtomobillərə maneçilik törədib cə qəza şəraiti yaradıb.
Nizami rayon Mühafizə İdarəsinin əməkdaşları ona velosipedi yol kənarı ilə idarə etməli olduğunu bildirib və şəxsiyyət vəsiqəsini tələb ediblər. Zabil şəxsiyyət vəsiqəsinin üzərində olmadığı deyib. Polis ondan haradan olduğunu soruşub. Zabil isə həmin polis əməkdaşlarını tanışı an polislərlə səhv salaraq, zarafatla "üstü açıq” kənddən olduğunu bildirib.
Bu zarafata və qayda pozuntusuna görə Zabil saxlanılaraq polis bölməsinə aparılıb və barəsində protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə Zabil İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Əhməd